Xəbərlər

Saytımızın yeni versiyası istifadəyə verildi.

Saytımızın yeni versiyası istifadəyə verildi. 14 May

“Royal Express” MMC 2001-ci ildə fəaliyyətə başlamişdır və hal – hazırda  Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyalalrı Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən sürətli poçt daşınma xidmətlərini yerinə yetirir.

2009-cu il, 01 İyun tarixindən “Royal Express” MMC Azərbaycan Respublikası daxili poçt daşınma xidmətindən əlavə, müştərilər üçün dünyanın istənilən nöqtəsinə Beynəlxalq ekspres poçt va yük göndərişlərinin çatdırılması xidmətini yerinə yetirir.

Təqdim etdiyimiz xidmətlərinin zonasını genişləndirmək və  keyfiyyətini yaxşılaşdırmaq üçün 2009 – cu ilin dekabr ayından Gəncə  şəhərində şirkətimizin filiali yaranmışdır, hansı ki həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyalalrı Nazirliyi tərəfindən 10 iyun 2010 –cu il  tarixdə verilmiş 065558 ( qeydiyyat No – si 130/1) saylı lisenziyaya əsasən sürətli poçt daşınma xidmətlərini yerinə yetirir.

Daima zamanın tələbinə uyğunlaşan “Royal Express” MMC, təklif etdiyi xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və müştərilərin rahatlığını nəzərə alaraq Web saytını yenilədi.

Müasir tələblərə cavab verən yeni Web saytdan istənilən cihaz (PC, tablet,smartfon) vasitəsilə istifadə etmək mümkündür.

Yeniliklər nələrdir ?

- Xidmətimizdən istifadə etdiyimiz zaman sizə təqdim olunan göndəriş nömrəsi vasitəsilə göndərişinizi izləyə və e-poçt vasitəsilə məlumat ala bilərsiniz.

- Təklif etdiyimiz xidmətlər haqqında geniş məlumat əldə edə bilərsiniz.

- Zonalarımız və zonalara çatdırılma vaxt və qiymətlər haqqında məlumat əldə edə bilərsiniz.

Bundan başqa 7/24 xidmətimizdən faydalanmaq və suallarınız üçün rəsmi Facebookİnstagram səhifəsindən bizə yaza bilərsiniz.