XİDMƏTLƏR

Bakı şəhəri və Abşeron yarımadası ərazisində daşınma

“Royal Express” Bakı şəhəri və Abşeron yarımadası ərazisində daşınmanı həyata keçirir

  • Sənədlər
  • Qiymətli məktublar
  • Güllər
  • Bağlamalar
  • Müxtəlif yüklər
  • Reklam bukletləri və s.

Bakı şəhəri daxilində poçt daşınmalarının çatdırılması operativliyi və dəqiqliyi bizə daim kuryer xidmətləri arasında daim aparıcı mövqelərdə qalmağa imkan verir.

Ümumiyyətlə hər bir kompaniyanın biznesinin əsasını poçt daşınmaları təşkil edir. Müqavilə imzalamaq üçün vaxtında çatdırılmış sənədlər biznes partnyorlarınız ilə müvəffəqiyyətli əməkdaşlığın zaminidir. "Royal Express" MMC Bakı və Azərbaycan Respublikası ərazisində həmçinin ünvanlı və ünvansız reklam məhsullarının çatdırılması xidməti sizin biznesinizin mənfəətinin artmasına şərait yaradır. Bunun üçün siz məqsədə uyğun auditoriyanı seçir və qalan işləri biz yerinə yetiririk:

  • Kuryer xidmətləri
  • Reklam vərəqlərinin
  • Qəzet və bukletlərin çatdırılması
  • İstehsal etdiyiniz məhsulların nümunələrinin çatdırılması

Sadalanan sifarişlərin vaxtında, düzgün və operativ çatdırılması ilə Siz vaxtınıza və pulunuza qənaət edəcəksiniz. Bakı şəhəri daxilində həmçinin yüklərin çatdırılması xidməti yerinə yetirilir. Təcrübəli Sürücülərimizlə- dispetçer mərkəzindəki peşəkar operatorların nizamlanmış işi Sizə daşınmanı ən optimal və qısa marşrutla çatdırılmasını təşkil edir. Bu cür təşkil olunmuş iş Sizə vaxta qənaət etməkdə kömək edəcək. Qısa yolla ən az müddətdə korespondensiyanı çatdırmaq - bizim işçi heyətinin peşəkarlığından irəli gəlir.